XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 18:20

“Son iki ayın dərs proqramları qəbul imtahanına salınmaya bilər” –Ceyhun Bayramov

“11-ci sinfin buraxılış imtahanları normalda aprel ayında keçirilirdi. Ötən il də imtahanlarda aprel və may ayının dərs proqramları istifadə edilmirdi. Çünki proqram əvvəldən açıqlanırdı”.

Bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, tədris olunmayan mövzular imtahana yəqin ki, salınmayacaq: “Qəbul imtahanına son iki ayın dərs proqramlarının salınmaması ilə bağlı təklifə müsbət baxıla bilər”.

Nazir müavini Məhəbbət Vəliyeva əlavə edib ki, imtahanda istifadə olunan proqramlar ümumtəhsil dövlət standartlara uyğun formada olur: “Buraxılış imtahanlarında istifadə olunan sualların içərisində son dərs aylarının məzmuna çox az yer verilir”.