XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 15:40

Qulu Məhərrəmli:"Hələ də kirilcə yazılan lövhələr var"

qulu-meherremli-yennn

Professor: "Rayonlarda kiril əlifbası ilə yazılmış lövhələr hələ də qalmaqdadır"

"Dilçilik İnstitunda yaradılmış "Qaynar xətt" bizim Azərbaycan dilinə münasibətimizi dəyişməlidir". Strateq.az report.az-a istinadən xəbər verir ki, bunu AMEA Dilçilik İnstitunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli deyib.

O bildirib ki, hər kəs gördüyü, müşahidə etdiyi səhv reklamın, yazının yanından bir vətəndaş kimi keçməməlidir: "Bütün vətəndaşlar ətrafında olan yazılara diqqət yetirməlidir və qüsurlarla bağlı mütəxəssislərə müraciət etməlidir. "Qaynar xətt"ə ciddi yanaşmaq lazımdır. Dili qorumaq ancaq bir qurumun işi deyil, bu, ümummilli məsələdir.

Qaynar xəttə ciddi yanaşmaq lazımdır

Reklamların dilində qüsurlar var dedikdə ancaq paytaxt anlaşılmamalıdır. Rayonlarda vəziyyət daha bərbaddır. Hətta sovet dövründən qalmış, kiril əlifbası ilə yazılmış lövhələr hələ də qalmaqdadır".