XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

29 Aprel 2020 - 20:01

CƏBHƏDƏ DÜŞMƏN TƏXRİBATINA SƏRT CAVAB VERİLDİ:"Minaatanlarla düşmənin atəş nöqtələri susdurulub"

“Ermənistan kütləvi informasiya vasitələrində, guya, Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir”.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Ermənistan tərəfinin iddiasının əksinə olaraq bu gün gündüz saatlarında düşmən ordusunun bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub:Azərbaycan Ordusunun bölmələri 82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurub”.