XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 16:14

Ötən gün 85 cinayət faktından 38-nin üstü “isti izlər”lə açılıb

hebs

 

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 85 cinayət faktından 38-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətdiklərinə görə 42 nəfər tutulub.