XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Aprel 2020 - 22:54

Yeni Baş prokuror nə vaxt təsdiqlənəcək? –Tarix məlum oldu

“Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələnin Milli Məclisdə müzakirə olunacağı vaxt açıqlanıb. 

Strateq.az Report-a istinadla xəbər verir ki, məsələ parlamentin mayın 1-i keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.