XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

01 May 2020 - 17:21

Yaşı 65-dən yuxarı şəxslərin hərəkətinə qoyulan qadağaya mayın 11-dən sonra yenidən baxıla bilər – Qərargah

“Bakıda restoranların fəaliyyəti qadandır. SMS icazələri qüvvədədir. 65 yaşına qadağa isə bütün ölkədə qüvvədədir”.

Bunu bü gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədovun sözlərinə görə, mümkündür ki, mayın 11-dən sonra 65 yaşından yuxarı şəxslərin hərəkətinə qoyulan qadağaya yenidən baxılsın: “Növbəti mərhələdə 65 yaşla bağlı yumşaltma, yaxud sərtləşmə barədə qərar qəbul edilə bilər. Bu, situasiyadan asılı olacaq”.