XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 May 2020 - 17:24

“Dərslər iyunun 1-də başlamayacaq” –Ceyhun Bayramovdan açıqlama

Tədris prosesinin iyunun 1-dən etibarən bərpa edilməsi nəzərdə tutulmur. Yəni həmin tarixdən dərslər başlamayacaq”.

Bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, imtahanların keçirilməsi ilə bağlı yeni normalar hazırlanıb: “Yaxın günlərdə sənədin təsdiq edilməsi planlaşdırılır. Fərqli yanaşmalar olacaq. Normativ və hüquqi baxımından məsələlər müzakirə olunur. Bu prosesi tənzimləyən qaydalar sənədi Baş Nazirə təqdim olunub. Təkliflər mövcud vəziyyətə uyğun, şərait nəzərə alınaraq hazırlanıb”/Report.