XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

08 May 2020 - 16:39

DTX NAZİRLİKDƏ ƏMƏLİYYAT KEÇİRİB – Nazir müavini və bir neçə vəzifəli şəxs saxlanılıb + ADLAR

Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılanların bəzilərinin adları məlum olub.

Yoxlama və əməliyyat-istintaq tədbirləri yekunlaşdıqdan sonra bir neçə şəxs saxlanılaraq DTX-yə aparılıb.

Onların sırasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Hümbətov da var. 

Nazirin müavini Rafiq Bayramov və Zakir Sultanovun evində də axtarışlar aparılıb. Z.Sultanov həm də tikinti sahəsini kurasiya edirmiş.

R.Bayramovun musiqi məktəbləri rəhbərlərindən rüşvət tələb etmək şübhəsi ilə saxlanıldığı deyilir.

Əməliyyat zamanı nazir Əbülfəs Qarayev də nazirlikdə olub. (Qafqazinfo)