XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

09 May 2020 - 14:00

Əbülfəs Qarayev nazirlikdəki həbsləri təsdiqlədi:"Əməliyyat olub, tutulanlar var"

Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri olduğu nazirlikdə keçirdiyi əməliyyatdan danışıb.

Mia.az xəbər verir ki, Gununsesi.org-a danışan nazir bir dövlət orqanının başqa bir qurumda əməliyyat keçirdiyini deyib:

“Mən indidən geniş nəsə söyləyə bilmərəm. Əməliyyat olub, tutulanlar var. Yəqin ki, hər şey aydınlaşacaq. Biz hüquqi dövlətdə yaşayırıq, əgər neqativ nəsə varsa, ona da hüquqi qiymət veriləcək”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin dünən Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Hümbətovun saxlanılması, nazirin müavini Rafiq Bayramov və Zakir Sultanovun evində axtarışlar aparıldığı xəbərləri yayılıb.

Yayılan məlumata görə, əməliyyat zamanı nazir Əbülfəs Qarayev də nazirlikdə olub.