XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

12 May 2020 - 12:44

Ali məktəblərə tələbə qəbulu ilə bağlı xidmət haqqı açıqlandı –CƏDVƏL

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə sxemi haqqında məlumat yayıb.

DİM-dən Strateq.az-a verilən məlumata görə, bu barədə 2020-2021-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinin bakalavriat pilləsinə tələbə qəbulu haqqında elanda bildirilib.

 İmtahan (müsabiqə)

 

 

Kontingent

V ixtisas qrupu üzrə qəbul imtahanı

Bir komissiya üzrə qabiliyyət imtahanı

(ixtisas qrupundan asılı olmayaraq)

I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanının ikinci mərhələsi

Rus bölməsi üçün Azərbaycan dili fənni üzrə ilk imtahan

Cari ilin məzunları  və cari ildə eksternat qaydasında tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyada iştirak edənlər

dövlət büdcəsinin vəsaiti hesabına

dövlət büdcəsinin vəsaiti hesabına

dövlət büdcəsinin vəsaiti hesabına

dövlət büdcəsinin vəsaiti hesabına

Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün cari ilə kimi heç vaxt müraciət etməyən (və ya müraciəti müəyyən edilməyən) əvvəlki illərin məzunları

dövlət büdcəsinin vəsaiti hesabına

dövlət büdcəsinin vəsaiti hesabına

a) V ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün müraciət etmədiyi halda dövlət büdcəsinin vəsaiti hesabına

dövlət büdcəsinin vəsaiti hesabına

b) V ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün müraciət etdiyi halda öz hesabına

Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün cari ilə kimi ən azı bir dəfə müraciət edən əvvəlki illərin məzunları

öz hesabına

öz hesabına

öz hesabına

öz hesabına

Ali təhsil və orta ixtisas təhsili müəssisələrini bitirən bütün abituriyentlər üçün ali təhsil müəssisələrinə qəbul imtahanları həmin abituriyentlərin hesabına həyata keçirilir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin göstərdiyi xidmətlərin haqqı aşağıdakı kimi  müəyyən edilib:

Xidmətlərin adı

Ölçü vahidi

Tarif*

(ƏDV-siz, manat)

Ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı

1 iştirak üçün

40

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən (o cümlədən “Jurnalistika” və Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq”) ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı

1 iştirak üçün

30

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı

1 iştirak üçün

10

Ümumi təhsil müəssisələrinin cari il məzunlarının əlavə olaraq verdikləri Azərbaycan dili və ya rus  dili fənnindən imtahan

 

1 iştirak üçün

 

10

Ümumi təhsil müəssisələrinin cari il məzunlarının qəbul imtahanında əlavə olaraq verdikləri xarici dil fənni imtahanı

 

1 iştirak üçün

 

10

Bu qiymətlərdən ƏDV tutulmur.