XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

12 May 2020 - 14:22

Azərbaycanda olan əcnəbilərin ölkədə qalma müddəti yenə uzadıldı –Rüsum alınmayacaq

Azərbaycanda olan əcnəbilərin ölkədə qalma müddəti yenidən uzadıldı. 

Strateq.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov sosial çəbədəki hesabında yazıb.

Bildirib ki, ölkədə olma müddəti (90 gün) bitən və müvafiq dövlət rüsumu ödəməklə müddəti 60 gün uzadılmış şəxslərin ölkədə olma müddəti dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət aradan qaldırılanadək heç bir müraciət olmadan, əlavə dövlət rüsumu ödənilmədən uzadılır: “Sərhədlərdə hərəkət bərpa olunduqdan sonra ölkə ərazisində olma, tərk edilməsi müddətləri və qaydası barədə əlavə məlumat veriləcək”.