“Dağlıq Qarabağ işğal edilmədən əvvəl orada Ahıska türkləri də yaşayırdı”.
Bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev deyib.
“Ahıska türkləri ilə görüşərək erməni tərəfini ifşa etməyə hazırıq”, – deyə icma sədri bildirib.
T. Gəncəliyev xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycandakı rus icması ilə videokonfrans formatında görüş keçirilib.
“Ermənilər mənim doğulduğum Şuşa şəhərində rus kilsəsini erməni kilsəsinə çeviriblər”, – deyə o, vurğulayıb/APA.