XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

15 May 2020 - 20:23

Sərhəd Xidmətinin rəis müavini vəzifədən çıxarıldı –Prezident generalla bağlı sərəncam verdi

Bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini, general-leytenant Əfqan Vəli oğlu Nağıyev vəzifəsindən azad edilib.

Xatırladaq ki, mayın 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində DSX-nin rəis müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.