Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini təyin olunub.
Strateq.az APA-ya istinadla xəbər verir ki, bu vəzifəyə Yaşar Əliyev təyinat alıb.
O, həmçinin, həqiqi hərbi xidmətə qəbul olunub və ona general-leytenant hərbi rütbəsi verilib.
Xatırladaq ki, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevdir.
Yaşar Əliyev bu təyinata qədər Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.