XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

20 May 2020 - 17:52

Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxdu, 2 nəfər vəfat etdi –Qərargah son məlumatı açıqladı

Azərbaycan Respublikasında 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 55 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1963 və 1966-cı il təvəllüdlü iki nəfər vəfat edib:

“Hazırkı dövrədək ölkəmizdə 3631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2253 nəfər müalicə olunaraq sağalmış, 43 nəfər vəfat etmiş, 1335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 64 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 245.609 test aparılıb”.