XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

22 May 2020 - 18:35

“Toyların keçirilməsi mümkün deyil” –Rəsmi açıqlama

“Toy və digər kütləvi tədbirlərin keçirilməsinin bərpası iyun ayı üçün də nəzərdə tutulmur”.

Strateq.az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, hazırda 10 nəfərin kütləvi toplanması qadağandır: “Bunun epidemioloji səbəbləri var. Toyların keçirilməsinin bərpası mümkün deyil. Bu kimi tədbirlərin açıq havada keçirilməsi müzakirə olunub, lakin mütəxəssislər bunu təhlükəli hesab edirlər”.

O qeyd edib ki, əgər nəsə yeni qərar olsa, ictimaiyyətə açıqlanacaq.