Bakı şəhərinin əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, paytaxt əhalisinin sayı son bir ildə 14,1 min nəfər və ya 0,6% artıb. Belə ki, ötən ilin aprelin 1-nə bu göstərici 2.280.700-ə bərabər olub.
Cari ilin aprelin 1-nə Bakı əhalisinin təbii artımı illik ifadədə 1 950-ə çatıb. Belə ki, ölkə paytaxtında doğulanların sayı 5 515 nəfər, ölənlərin sayı isə 3 565 nəfər olub/APA.