“Şənbə və bazar günləri sərt tədbirlərin həyata keçirilməsi gündəmdədir”.
Strateq.az xəbər verir ki, bunu TƏBİB-in sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, yaxın günlərdə yoluxma sayı artarsa, respublika üzrə qısa müddətli qadağa tətbiq edilə bilər.
R.Bayramlı onu da qeyd edib ki, asiptomatik xəstələrin evdə müalicəsi üçün sənəd hazırlanır.
O bildirib ki, Bakı şəhərində doluluq faizinin artması bu halı məcburi edə bilər: “Protokollar hazırlanır və sahə poliklinikalarına göndəriləcək. Virus aşkar edilən şəxslərin evdə qalması məcburi olacaq və qaydanı pozanlar cərimələnəcək”.
O bildirib ki, yas yerlərində kütləvi yoluxma halları var: “Xüsusilə rayonlarda və həyət evlərində qaydalara əməl olunmur. Analizlər də bunu göstərir”.
TƏBİB sədri marketlərdə də pozuntuların olduğunu deyib: “Aparılan araşdırmalar nəticəsində əskər marketlərdə metodik göstərişlərə əməl olunmadığı aşkarlanıb. Marketlərdə nəzarət xüsusu şəkildə həyata keçiriləcək: “Qaydaları pozanlar ciddi şəkildə cəzalandırılacaq”.