XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

30 May 2020 - 17:55

Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib –202 nəfər isə sağalıb

Azərbaycan Respublikasında 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 202 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948, 1953 və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib:

“Hazırkı dövrədək ölkəmizdə 5 246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib, 1 858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 294 264 test aparılıb”.