XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

03 İyun 2020 - 19:32

Azərbaycanda şənbə və bazar günləri küçəyə çıxmaq qadağan olunacaq –Hökumət rəsmisi ilə TƏBİB əsdrindən xəbərdarlıq

“Karantin rejiminin yumşaldılmasının dayandırılması ilə bağlı müxtəlif variantlar müzakirə olunub”.

Strateq.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam məhdudlaşdırma qaydası qüvvəyə minə bilər: “Ola bilsin ki, cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam qapadılma, məhdudlaşdırma, hərəkətin məhdudlaşdırılması, fərdi avtomobillərin küçəyə çıxması qadağan olunsun, mağazalar bağlansın və hərəkətin tam məhdudlaşdırıldığı bir rejim yaradılsın. Bunun detalları ilə bağlı Operativ Qərargahın rəhbəri, Baş Nazir Əli Əsədovun müraciəti olacaq. Baş Nazirin çıxışında bu məsələlər detallı şəkildə elan ediləcək”.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı da deyib ki, həftəsonları üçün sərtləşdirici tədbirlərin olması üçün müraciətləri dəyərləndirilib: “Narıncı zonada şənbə və bazar günləri tam küçəyə çıxma qadağası təklif edilib. Cümə günündən başlayacaq qadağa birinci günə kimi olacaq. İrəlidəki bir-iki ay müddətində 2-3 günlük qadağa ola bilər. Qərarın detalları müzakirə olunur”.