XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

04 İyun 2020 - 19:28

Sərhəd Xidməti “Keşikçidağ”la bağlı daha bir açıqlama yaydı:"Dövlət sərhədlərinin keşiyində qətiyyətlə dayanmışıq"

“Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində Gürcüstan Respublikasının bir qrup vətəndaşı tərəfindən 4 iyun 2020-ci il tarixində dövlət sərhədinin pozulmasına yönələn təxribat xarakterli hərəkətlərin planlanlaşdırıldığına dair məlumatlar əldə olunub.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Strateq.az-a bildirilib ki, DSX-nın Gürcüstan Sərhəd Mühafizəsi ilə qarşılıqlı həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan – Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb: “Bir daha bildiririk ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin qətiyyətlə keşiyində dayanıb”.