XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

12 Mart 2016 - 14:33

Ərdoğanın Bakı səfərinin vaxtı müəyyənləşdi –15 mart

erdoqan-eliyev-55

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.

APA-nın məlumatına görə, səfər martın 15-də baş tutacaq.

Səfər zamanı Azərbaycanda yüksək səviyyəli görüşlərin keçirilməsi gözlənilir.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı.

Həmin səfər zamanı Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçirilməli idi.