XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 June 2020 - 00:10

Rəsmi Pekindən koronavirusla bağlı dünyaya mesaj:"Hazırda peyvəndlərin yoxlanılması prosesi gedir"

Çin hakimiyyəti koronavirusa qarşı peyvəndi dünya üçün əlçatan etməyi planlaşdırır.

Bu barədə Çin Xalq Respublikasının Elm və texnika naziri Van Çjıqan bildirib.

Onun sözlərinə görə, hal-hazırda peyvəndlərin yoxlanılması prosesi gedir, təhlükəsizlik, səmərəlilik və əlçatanlıq kimi parametrlərə üstünlük verilir.

“Dünya peyvəndlərin yaradılması mərhələsində və ondan sonraki dövrlərdə əməkdaşlığı gücləndirməlidir” – Çjıqan deyib.

Qeyd edək ki, Çin may ayında 2 575 könüllüdə beş fərqli koronavirus peyvəndini müvəffəqiyyətlə sınaqdan keçirdiyini elan edib/Report.