XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

09 İyun 2020 - 19:24

Ramin Bayramlıdan xəbərdarlıq:"Yoluxma sürəti narahatedicidir”

“Bu həftə ərzində koronavirus xəstələrinin sayında artım müşahidə edilib. İyunun 1-dən 7-dək 2 059 nəfər virusa yoluxub. Yoluxma sürəti narahatedicidir”.

Strateq.az xəbər verir ki, bu sözləri TƏBİB sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, əgər ciddi nəzarət olmasa, səhiyyənin üzərinə ağır yük düşə bilər: “Sağalanlarla yoluxanların sayı narahatedicidir. Son 10 günün müşahidəsi onu göstərdi ki, aradakı fərq arzuolunan səviyyədə deyil”.

TƏBİB sədri onu da bildirib ki, hazırda xəstəxanada 3 487 nəfər müalicə alır: “136 nəfər reanimsiya şöbəsində, 20 nəfər süni tənəffüs aparatına qoşulub. Ümumi xəstələr içərisində orta-ağır xəstə var ki, onlar reanimasiya şöbəsində deyillər”.