XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 June 2020 - 19:33

BAKIDA KORONAVİRUSA YOLUXMA SAYI ARTIB –TƏBİB sədri rayonlar üzrə statistikanı açıqladı

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı yoluxma hallarının ən çox Bakıda baş verdiyini açıqlayıb.

Strateq.az-ın məlumatına görə, o, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib ki, artıq Bakıda koronavirusa yoluxma halı ölkə üzrə yoluxmanın 50 faizin üzərindədir: “Bu da yoluxma saylarının artması ilə əlaqədardır. Bakıda Sabunçu rayonunda bu göstərici 12.4%, Yasamalda 12.3%, Xətaidə 11.6%, Nəsimi rayonunda 11% təşkil edir”.

TƏBİB sədri Siyəzən rayonunda da 12 yoluxma halının aşkarlandığını deyib: “Onların da hamısı qadınlardır. Onların hamısı da məhz yas yerində yoluxanlardır”.

Ramin Bayramlının sözlərinə görə, yoluxma faktları daha çox ictimai nəqliyyat və ictimai iaşə obyektlərində qeydə alınır: “Çünki həmin yerlərdə sosial məsafə qorunmur. Marketlərdə də yoluxma sayı artır. Xəstəliyin klinikası getdikcə ağırlaşır”.