Prezident İlham Əliyev bu gün daha bir fərman imzalayıb.
Strateq.az xəbər verir ki, fərmana əsasən, Prezidentin 2018-ci il 19 fevral tarixli 1831 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi qaydası”nda dəyişiklik edilib.
Nazirlər Kabineti və Maliyyə Nazirliyi bu fərmandan irəli gələn məsələləri həll etməlidirlər.