XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

13 Mart 2016 - 15:51

Obama:“Əsas dərdimiz Rusiya yox, Çindir”

Rusya%E2%80%99dan+%C4%B0ran%E2%80%99a+S-300+darbesi

Strateq.az-ın Yaxın Şərqlə bağlı müxtəlif şərhlərində ABŞ-ın regionu Rusiyanın öhdəsinə buraxıb, Sakit okeanda Çinlə rəqabətə girəcəyi dəfələrlə qeyd olunub. Maraqlıdır ki, ABŞ prezidenti Barak Obama da bu ehtimalı təsdiqləyən açıqlamalar verib.

O, Amerika nəşri "Atlantic" jurnalına verdiyi müsahibəsində Yaxın Şərqdən bəhs edərkən, Vaşinqtonun öz təhlükəsizliyini təhdid etməyən istənilən qiyamı nəzarət altına almağa səy göstərməsini uğurlu siyasət hesab etməyib. Ölkəsinin qlobal gücündən bundan sonra "yaxşı adam" olmaq üçün istifadə edəcəyinin vacibliyinə inanan ABŞ prezidenti deyib:

"Rusiya hazırda sanıldığı qədər güclü vəziyyətdə deyil. Gələcək illərdə ABŞ-ın Çin ilə əlaqələri çox daha kritik olacaq”.

ABŞ-ın öz geostrateji maraqlarını Yaxın Şərqdən Sakit okeanı sahillərinə köçürməsinin mümkün səbəbləri barədə əlavə heç şərhə ehtiyac duymadan bir müddət öncə qələmə aldığımız analizi oxuculara təqdim edirik:

Rusiyadan İrana zərbə:Yaxın Şərqdə qüvvələr nisbəti dəyişilir

(Linkini təqdim etdiyimiz yazıdan seçmələr:
 

"…Putinlə Səudiyyə kralı görüşəndə rəsmi Riyadın bu addımı öz əzəli müttəfiqi ABŞ-ın cizgisindən uzaqlaşması kimi qəbul edilmiş və bölgənin rus təsir dairəsinə  verildiyi barədə versiyaların səsləndirilməsinə səbəb olmuşdu.

Prinsip etibarilə, Səudiyyə Ərəbistanının müttəfiqlikdənkənar addımları artıq ABŞ üçün də çox önəmli deyil. Mütəxəssislərin fikrinə görə, bir tərəfdən şist qazı istehsalı metodologiyasını inkişaf etdirməsi, digər tərəfdən isə alternativ enerji mənbələrinə yönəlməsi ABŞ-ın Yaxın Şərqin təbii sərvətlərindən asılılığını azaltmışdı. Artıq super güc, öz strateji hədəflərini Yaxın Şərqdən Uzaq Şərqə daşımışdı. Xüsusilə Sakit okean bölgəsi Vaşinqton üçün daha cazibədar hala gəlmişdi.

Bu bölgədə isə ABŞ-ı Çinlə ağır rəqabət gözləyir. Çin Rusiya ilə bərabər hərəkət etdiyindən, onunla bərabər Şanxay Əməkdaşlıq Şurası, BRİCS kimi nəhəng ittifaqlar yaratdığından o qədər də asan məğlub ediləsi qüvvə deyil. Sözsüz ki, Rusiyanın başının Yaxın Şərq konfliktləriylə qatılması və bu bölgədə ona iqtisadi yüksəlişi üçün gözəl fürsətlərin verilməsi Moskvanı Pekindən ayıra, Çini yeni geopolitik mübarizədə daha zəif hala gətirə bilər.

Digər tərəfdən, ABŞ-dan boşalan yerin Rusiya tərəfindən doldurulması da hər iki qüvvənin xeyrinədir. Əks halda boşluğu Almaniya, Fransa kimi ciddi sənaye gücünə malik dövlətlər doldurar, bu da yaxın gələcəkdə ABŞ-ın güclü iqtisadi potensiala sahib rəqibinin yaranması deməkdir. Bəlkə də bu səbəbdən Vaşintqon öz postunu Avropa ilə daima rəqabətdə olacaq, həm özünü, həm də rəqibini zəiflədəcək Rusiyaya verilməsini daha münasib bilir.

Nüvə sazişindən sonra körfəz ölkələriylə iqtisadi əməkdaşlıqların artırılması və Rusiyanın birdən-birə Suriyaya hərbi müdaxiləsi də bu mənada başadüşüləndir.Görünür, Moskva ona edilən hədiyyəni qəbul etmiş və ondan maksimum divident əldə etməyə çalışır…")