Azərbaycanın bir sıra iri şəhər və rayonlarında növbəti dəfə sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı hələ qərar verilməyib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a bildirilib ki, yenidən sərtləşdirilmiş xüsusi karantin rejimin tətbiqi ilə bağlı qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.