XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

18 İyun 2020 - 20:42

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il uzatdı –Krım və Sevastopolun işğalına görə

Avropa İttifaqı (Aİ) Şurası Krım və Sevastopol şəhərinin Rusiya tərəfindən qanunsuz ilhaqına cavab olaraq tətbiq etdiyi sanksiyaların müddətini daha bir il uzadıb.

Aİ Şurasının verdiyi xəbərə görə, sanksiyaların müddəti 2021-ci il iyunun 23-ə qədər uzadılıb.

Hazırda tətbiq olunan sanksiyalara Krımda və Sevastopolda istehsal olunan məhsulların Aİ-yə idxalına yönəlmiş qadağalar, Krımda və ya Sevastopolda infrastruktur və ya maliyyə qoyuluşları və turizm xidmətləri daxildir.

Bundan əlavə, Krım şirkətlərinə, Krımda nəqliyyat, telekommunikasiya və enerji sektorunda və ya neft, qaz və mineral ehtiyatların axtarışı və hasilatında istifadə olunan müəyyən məhsul və texnologiyaların ixracı da sanksiyalar siyahısındadır/APA.