XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

19 İyun 2020 - 15:58

KAMRAN ƏLİYEV ONLARA YENİ VƏZİFƏ VERDİ –Prokurorluqdakı təyinatların TAM SİYAHISI

Müstəqil Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq xanım prokurorluq əməkdaşları vəzifədə irəli çəkilərək müstəqil rayon prokuroru vəzifələrinə təyinatlar alıblar.

Baş Prokurorluğun Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi Səadət Rüstəmova tutduğu vəzifədən azad edilərək Qobustan rayon prokuroru, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror – metodisti Lalə Hüseynova isə tutduğu vəzifədən azad edilərək Zəngilan rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Baş prokurorun imzaladığı digər əmrlərlə Taryel Ələkbərov Lənkəran, Namiq Muradov Quba, Ramin Hüseynov Göyçay, Ceyhun Almasov Yevlax rayonunun prokurorları vəzifələrinə təyin edilib.

Baş prokurorun imzaladığı əmrlərlə Elşən Albəndov Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Yadigar Aslanov isə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Müraciətlərə ilkin baxılması şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifələrinə təyin olunublar.

Baş prokuror Kamran Əliyevin imzaladığı digər əmrlərlə İbrahim Ləmbəranski Bakı şəhərinin Sabunçu, Rəşid Mahmudov Suraxanı, Elman Süleymanov Yasamal, Hidayət Nurəlibəyov Nərimanov, Həsən Hənifəyev Nəsimi rayonunun prokuroru vəzifələrinə təyin ediliblər.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokurorun imzaladığı əmrlərlə Elşən Albəndov Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Yadigar Aslanov isə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Müraciətlərə ilkin baxılması şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifələrinə təyin olunublar.