XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

19 İyun 2020 - 17:55

İMTAHANLAR LƏĞV OLUNDU –Əli Əsədovdan daha bir qərar

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək ölkədə imtahanlar keçirilməyəcək.

Strateq.az xəbər verir ki, bu, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin qərarında öz əksini tapıb.

Baş Nazirin imzaladığı qərara əsasən, sərt karantin günlərində təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla) dayandırılacaq.

Qərara əsasən, sərt karantin günlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərləri və Abşeron rayonunun ərazisində imtahanlar keçirilməyəcək.