XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

21 İyun 2020 - 19:24

Azərbaycanda daha 491 nəfər koronavirusa yoluxdu, 6 nəfər vəfat etdi –Qərargah son məlumatı yaydı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 491 yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 12 729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6799. nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib, 5776 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4947, ötən müddət ərzində isə ümumilikdə 422 049 test aparılıb”.