XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

22 İyun 2020 - 00:01

Müdafiə naziri “Aprel döyüşləri”ndə düşmənin itkilərini açıqladı:"560 ermənini, 33 tankı, 15 topu məhv etdik"

“2016-cı ilin Aprel döyüşlərində ermənilər bizdən 10 dəfə daha çox itki veriblər”.

CBC xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

“Biz haqq yolundayıq, biz Vətən üçün savaşırıq. Bəs onlar nə üçün savaşır? 2016-cı ildə onlar bizdən 10 dəfə daha çox itki veriblər. Texnikanı götürsək, biz sadəcə 1 tank itirdik, onu da sonradan təmir etdik. Ermənilər isə 33 tank itirib, biz 1 top itirmişik, onlar 15 top. Bizdə olan məlumata görə, onlar 322 nəfər itiriblər. Məlum olub ki, bu, azaldılmış rəqəm imiş. 

Onlar komissiyada 560 nəfərin öldüyünü ağızlarından qaçırdıblar. Mən axı özüm də ön xətdə idim. Biz axı onların necə qaçdığını görürdük”, – Müdafiə naziri bildirib/Report.