XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

23 İyun 2020 - 12:36

BAKININ HANSI RAYONUNDA DAHA ÇOX KORONAVİRUSA YOLUXANLAR VAR? –Siyahı

Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri açıqlanıb.

Koronavirusinfo.az saytı xəbər verir ki, son statistikaya əsasən, ən çox yoluxma Binəqədi, Yasamal, Xətai rayonlarındadır. Binəqədidə yoluxma 12.3 faiz, Yasamalda 12.2 faiz, Xətaidə 12.2 faiz, Sabunçuda 11.7 faiz, Nəsimidə 11.9 faiz, Suraxanıda 9.2 faiz, Nərimanovda 8.8 faiz, Nizamidə 7.9 faiz, Qaradağda 6.0 faiz, Xəzər rayonunda 4.3 faiz, Səbaildə 4.2 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir/APA.