Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elman Səmədova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin Hərbi təhlükəsizlik məsələləri şöbəsinin müdiri Elman Mühyəddin oğlu Səmədova general-mayor ali hərbi rütbəsi verilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının rəhbəri keçmiş Daxili İşlər naziri Ramil Usubovdur.