XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 June 2020 - 22:13

“ÜST Azərbaycana sərt karantin rejiminin uzadılmasını tövsiyə edə bilər” –Hande Harmancı

“Çindən sonra İtaliya və İspaniya virusun yayılma mərkəzi oldu”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri deyib ki, indi Avropada yayılma azalsa da, digər ölkələrdə artır: “Qonşuluqdakı ölkələrdə sabitləşmə görürük. Azərbaycanda isə son 14 gündə artım görürük”.

H. Harmancı qeyd edib ki, virusla mübarizədə ictimai səhiyyəni düzgün tətbiq edən ölkələrdə virusa yoluxmanın azalması müşahidə olundu: “Əhali, yaxud hökumətlər tədbirlərə riayət etməsə, ÜST-nin tövsiyəsi sərt karantin rejiminin tətbiqi barədə olacaq. Azərbaycanda virusun sürətlə yayılması müşahidə olunarsa, ÜST-nin bu şəkildə tövsiyəsi ola bilər”.

APA