XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 June 2020 - 18:07

Azərbaycanda daha 521 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb –Qərargah son məlumatı yaydı

Azərbaycanda 521 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib: “Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 15 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib. 6 978 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 646, ötən müddət ərzində isə ümumilikdə 461 min 861 test aparılıb”.