XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2020 - 20:59

Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib –Qərargah rəsmi məlumatı açıqladı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 544 yeni yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Bildirilib ki, indiyədək ölkədə ümumilikdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: “Onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6558, ötən müddət ərzində isə ümumilikdə 475 525 test aparılıb”.