XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 İyun 2020 - 18:06

Azərbaycanda daha 556 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb –Qərargah son məlumatı yaydı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 556 yeni yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

“İndiyədək ölkədə ümumilikdə 17 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib, 7 596 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 645, ötən müddət ərzində isə ümumilikdə 482 170 test aparılıb”.