“Ramin Bayramlının istefa verməsi barədə yayılan məlumatlar doğru deyil”.
Strateq.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O, TƏBİB sədrinin istefa verdiyi haqda yayılan xəbərə əlavə olaraq bildirib ki, Ramin Bayramlı iş başındadır: “O, REACT layihəsi çərçivəsində işlərlə ciddi məşğuldur. Tibb müəssisələrinə monitorinqlər həyata keçirilir və o, şəxsən özü bu işə nəzarət edir”.