XƏBƏR LENTİ

05 Avqust 2020

Digər Xəbərlər

03 İyul 2020 - 13:25

DTX XİN-də ƏMƏLİYYAT KEÇİRİR –Rəsmi açıqlama

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir”.

Strateq.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) açıqlama yayıb.

Bildirilib ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.