XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 July 2020 - 18:18

Azərbaycanda daha 523 nəfərdə koronavirus aşkarlanıb, 9 nəfər vəfat edib –Qərargah son məlumatı yaydı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 523 yeni yoluxma faktı qeydə alınıb, 452 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 20324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib, 8332 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6722, ötən müddət ərzində isə ümumilikdə 516533 test aparılıb”.