XƏBƏR LENTİ

05 Avqust 2020

Digər Xəbərlər

06 İyul 2020 - 17:36

Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib –Qərargah açıqlama yaydı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 513 yeni yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Bildirib ki, indiyədək ölkədə ümumilikdə 20 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 182 nəfər müalicə olunaraq sağalıb, 258 nəfər vəfat edib, 8 397 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir:

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 240, ötən müddət ərzində isə ümumilikdə 522 773 test aparılıb”.