XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 16:14

Ərdoğan:“Azərbaycan qara günün dostu olduğunu göstərdi”

 

aliyev-erdoqan-9

“Azərbaycanlı qardaşlarıma təşəkkür edirəm. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasın Bakıda keçirəcəkdik, terror olayından sonra prezident İlham Əliyev iclasın Ankarada keçirilməsini təklif etdi”.

APA-nın məlumatına görə, bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarda keçirilən V iclasından sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

  R. T. Ərdoğan deyib ki, bu addım Azərbaycan və Türkiyənin terrora qarşı birgə olduğunu göstərmək baxımından da çox önəmlidir: “Mərhum Heydər Əliyevin dediyi kimi, bunu "Bir millət, iki dövlət"in təzahürü olduğunu bir daha ifadə edirəm. Azərbaycan qara günün dostu olduğunu göstərdi. Buradakı mesajın hər kəs tərəfindən diqqətə alınmasını tövsiyə edirəm. Hər kəs bu qardaşlıq mesajından dərsini almalıdır”.