XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

09 İyul 2020 - 10:34

MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ VƏZİFƏDƏN AZAD EDİLDİ –Yeni təyinat

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Strateq.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, general-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına təyin olunub.

Məlumata görə, Müdafiə nazirinin əmri ilə general-leytenant F. Məmmədov nazirlikdə başqa vəzifəyə təyinat alıb.