“Daha 60 gün karantin rejiminin tətbiq olunacağı barədə xəbərlər şayiədir”.
Strateq.az xəbər verir ki, bu sözləri Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, qərarlar epidemioloji vəziyyət təhlil olunaraq verilir: “Vəziyyətin qiymətləndirilməsindən asılı olaraq qərar veriləcək”.