Bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, A.Qasımov 2015-ci ildən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı idi.
O, 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Bundan əvvəl isə Nizami rayon bələdiyyəsinin sədri olub.