XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 İyul 2020 - 13:44

Azərbaycan Müdafiə Nazirliyi:"Şəhidlərimizin qanı yerdə qalmayacaq"

“Şəhidlərimizin qanı yerdə qalmayacaq”.

Bu barədə jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib.

K.Vəliyev qeyd edib ki, hazırda döyüşlər davam edir: “Düşmənin canlı qüvvəsi, texnikası, komanda məntəqələri vurulur və məhv edilir. Düşməndən fərqli olaraq bizim zabitlərimizin əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəssüflər olsun ki, döyüşlər itkisiz olmur. Müdafiə nazirliyinin rəhbərliyi adından şəhidlərimizə rəhmət diləyirik. Sizi əmin edirəm ki, şəhidlərimizin, yaralılarımızın qanı yerdə qalmayacaq”.

APA