XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 İyul 2020 - 14:24

Kremldən Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı çağırış:"Hər iki tərəfi öhdəliyə riayət etməyə çağırırıq”

“Kreml Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan dərindən narahatdır”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan dərin narahatıq. Hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi ilə bağlı üzərinə götürdükləri öhdəliyə riayət etməyə çağırırıq”, – deyə o, qeyd edib.

Peskov bildirib ki, Rusiya Minsk qrupunun həmsədri kimi nizamlanma ilə bağlı öz vasitəçilik səylərini göstərməyə hazırdır: “Bildiyiniz kimi, Rusiya XİN başçısı Sergey Lavrovun Bakı və İrəvandan olan həmkarları ilə intensiv telefon danışığı olub. Hər iki tərəfi bir daha təmkinli olmağa çağırırıq”.