XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 İyul 2020 - 16:02

AZƏRBAYCANDA KORONAVİRUSUN ƏN ÇOX YAYILDIĞI BÖLGƏLƏR BƏLLİ OLDU –Siyahı

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

“Koronavirusinfo” saytının məlumatına görə, ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Binəqədidə yoluxma 12.7 faiz, Yasamalda 12.0 faiz, Xətaidə 12.1 faiz, Sabunçuda 12.2 faiz, Nəsimidə 10.3 faiz, Nərimanovda 8.7 faiz, Suraxanıda 8.4 faiz, Nizamidə 8.3 faiz, Qaradağda 6.1 faiz, Səbaildə 4.6 faiz,  Xəzər rayonunda 4.2 faiz, Pirallahıda 0.3 faiz qeydə alınıb.

Məlumata görə, yoluxma halları Bakı şəhərində 55.3 faiz təşkil edib.

Məlumata əsasən, Abşeronda yoluxma 17.0 faiz, Gəncə-Qazax bölgəsində 7.7 faiz, Aranda 7.4 faiz, Lənkəranda 5.6 faiz, Quba-Xaçmazda 2.1 faiz, Şəki-Zaqatalada 1.6 faiz, Yuxarı Qarabağda 1.0 faiz, Dağlıq Şirvanda 1.4 faiz təşkil edib. Naxçıvanda yoluxma 0. 0 faiz, xaricdən gələnlərdə yoluxma halları isə 1.1 faiz təşkil edib.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 24570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib, 8617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir/APA.